Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik. Mən bu sözü vermişəm və bu sözümü də icra edəcəyəm. Bu fikirləri cənab Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söyləyib.
Koronavirus infeksiyasının geniş ərazidə yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədi ilə Gigiyena və Epidemiologiya Mərkəzinin və şəhər Bələdiyyəsinin sanitar işçiləri tərəfindən şəhər ərazisində dezinfeksiya tədbirləri dairəvi sistem üzrə aparılır.
Növbəti reyd zamanı gün ərzində ümumilikdə 167 olmaqla, 143 ticarət, 22 digər xidmət obyektlərinə nəzarət edilib. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 338 nəfər sakinə xəbərdarlıq olunub.
Azərbaycan və Türkmənistan tərəflərinin bu yatağı “Dostluq” adlandırmaq barədə ümumi qərarı dərin rəmzi məna daşıyır. Bu sənədin imzalanması enerji sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə, Azərbaycanın və Türkmənistanın enerji sahəsində zəngin potensialının birgə üzə çıxarılmasına, Xəzər dənizi regionunda energetikanın davamlı inkişafı üçün ən əlverişli şərait yaradılmasına yönəldilib.
Cənab Prezident İlham Əliyev Ramin Quluzadənin Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Cənab Prezident İlham Əliyev Rəşad Nəbiyevin “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Cənab Prezident İlham Əliyev Rəşad Nəbiyevin Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Bunu həm Azərbaycan vətəndaşları görürlər, eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur. Təkcə Davos Ümumdünya İqtisadi Forumunun hesabatına baxmaq kifayətdir, hər kəs görsün ki, bu sahədə çox ciddi islahatlar aparılır və Azərbaycan reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdədir.
Cənab Prezident İlham Əliyev Ramin Quluzadənin Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Gün ərzində ümumilikdə 206 olmaqla, 158 ticarət, 19 bərbərxana və gözəllik salonu, 27 digər xidmət obyektlərinə nəzarət edilmişdir. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə və yaxınlarına yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 405 nəfərə xəbərdarlıq olunmuşdur.
Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.
Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək məqsədilə Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılıb.
Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi, diqqət və qayğısı ilə ölkəmizdə həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində əhalinin vaksinləşmə prosesinə başlanılmışdır.
Sosial şəbəkələrdə və bəzi saytlarda Aynur İmamverdi qızı Fərzəliyevanın Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin olunması ilə bağlı məlumatlar yayılıb. Bildiririk ki, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə kadr təyinatı olunmayıb. Sosial şəbəkə istifadəçilərindən əsassız və qeyri-obyektiv məlumatların yayılmamasını və Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi saytına istinad olunmasını xahiş edirik.
Gün ərzində ümumilikdə 177 olmaqla, 151 ticarət, 25 digər xidmət obyektlərinə nəzarət edilmişdir. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 364 nəfərə xəbərdarlıq olunmuşdur.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərar imzalayıb.
Cənab Prezident İlham Əliyev Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb.
Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.
Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş mərhələsidir.
Qlobal çağırışlarla uzlaşan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına yeni imkanlar açır.
Növbəti reyd zamanı gün ərzində ümumilikdə 167 olmaqla, 143 ticarət, 22 digər xidmət obyektlərinə nəzarət edilib. 2 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 338 nəfər sakinə xəbərdarlıq olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar günü münasibətilə sosial media hesabında paylaşım edib.
Qanlı 20 Yanvar faciəsindən 31 il ötür. Azərbaycan xalqının qürur mücəssəməsinə çevrilən, ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan bu faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələrinin Azərbaycanda törətdiyi kütləvi qırğından 31 il keçməsinə baxmayaraq xalqımız həmin faciənin ağır nəticələrini bu gün də xatırlayır. Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş oğul və qızları dərin ehtiramla yad edir.
Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər.