Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər Heydər Əliyev Mərkəzində YAP Şirvan şəhər təşkilatının ilk tədbiri keçirildi.

22 sentyabr 2017 | 16:00

22 sentyabr 2017-ci il tarixdə Şirvan şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü ilə bağlı partiyanın Şirvan şəhəri üzrə Təşkilatının ilk tədbiri keçirildi.
Mədəniyyət işçilərinin iştirakı ilə keçirilən tədbirdə YAP Şirvan şəhər Təşkilatının sədri Əbülhəsən İbrahimov, Şirvan şəhər İcra Hakimiyyəti ictima-siyasi və humanitar məsələlər şöbəsininn müdir müavini Adəm Hüseynov, Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva çıxış edərək  Yeni Azərbaycan Partiyasının 25 illik fəaliyyəti dövründə xalqımızın taleyüklü poblemlərinin həllində müstəsna xidmətlərindən danışdılar. Ulu öndərin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında partiyanın gələcəyə doğru inamla irəllədiyini diqqətə çatdırdılar. Qeyd etdilər ki, bu müddət ərzində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi daha da möhkəmlənib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi güclənib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib.

Keçidlər