Şriftin ölçüsü :

Saytın rəngi :

“QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları” mövzusunda regional konfrans keçirildi.

28 sentyabr 2017 | 16:00

27 sentyabr 2017-ci il tarixdə saat 11:00-da Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2017-ci il fəaliyyət planına uyğun olaraq Şirvan, Lənkəran şəhərləri, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad və Masallı rayonlarının QHT və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə “QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları”  mövzusunda regional konfrans keçirildi.
Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-Siyasi Məsələlər şöbəsinin baş məsləhətçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Quliyev Vüsal və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Qurbanov Fərasət iştirak etdi.

Keçidlər