Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Şirvan şəhər təşkilatının VII konfransı keçirilmişdir.

29 sentyabr 2017 | 16:00

Sentyabrın 29-da YAP Şirvan şəhər təşkilatının VII konfransı keçirilmişdir.
Konfransda iştirak edən qonaqlar və konfrans nümayəndələrinin bir qrupu  Ulu Öndər Heydər Əliyevin  şəhərin mərkəzi meydanında ucaldılmış əzəmətli abidəsini ziyarət etmiş, abidənin önünə  tər çiçəklər düzməklə onun  əziz xatirəsini ehtiramla yad etdilər.
Konfransda Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və ötən konfransdan keçən müddətdə dünyasını dəyişmiş partiya üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
VI konfransdan ötən dövr ərzində görülən işlər barədə YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov  məruzə ilə çıxış edərək hesabat verdi. Sonra gündəliyə müvafiq olaraq nəzarət-təftiş qrupunun gördüyü işlər  barədə hesabat konfrans iştirakçılarının nəzərinə çatdırıldı.
Məruzə ətrafında çıxış edənlər hesabat dövrü ərzində görülən işlər, keçirilən tədbirlər barədə konfrans iştirakçılarına məlumat verərək, təşkilatın  altıncı konfransdan keçən müddət ərzindəki fəaliyyətinə də öz münasibətlərini bildirdilər.
Konfransda daha sonra təşkilati məsələlərə baxıldı.
Konfransda YAP Şirvan şəhər təşkilatının 45 nəfərdən ibarət şurası, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupunun  tərkibi seçildi.
Konfransda Şirvan şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini  Samid Abıyev yekdilliklə şəhər təşkilatının sədri seçildi.
Konfransda  Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək YAP-ın keçdiyi şərəfli inkişaf yolundan, respublikanın ictimai – siyasi həyatında oynadığı roldan, həmçinin YAP Şirvan şəhər təşkilatının gördüyü işlərdən və qarşıda duran vəzifələrdən bəhs etdilər.

Keçidlər