Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şirvan şəhərində rayonlardan müraciət edən vətəndaşları qəbul etdi.

28 yanvar 2019 | 16:00

28 yanvar 2019-cu il tarixdə saat 11:00-da Şirvan Gənclər Evində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Sabirabad və Saatlı rayonlarından müraciət edən vətəndaşların qəbulu keçirildi.
Vətəndaşların qəbulundan sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şirvan şəhərində Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar haqqında”,”Buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək modellər haqqında”,” Buraxılış və qəbul imtahanları proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında”,” Buraxılış imtahanları proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında" seminarlar keçirildi.
Seminarlarda Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Afiqə Batıyeva, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin müəllimi Saməddin İbrahimov, Bakı Dövlət Universitetinin dosenti İmran Abdullayev və 115 nömrəli tam orta məktəbin müəllimi, seminar rəhbəri Şəhla Musayeva  iştirak etdi.

Keçidlər