Şriftin ölçüsü :

Saytın rəngi :

“Bərk məişət və plastik tullantıların idarə edilməsi” mövzusunda işgüzar görüş keçirildi.

28 mart 2019 | 16:00

28 mart 2019-cu il tarixdə saat 11:00-da Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı və İmişli rayonlarından gələn aidiyyatı icra strukturlarının, bələdiyyələrin, təhsil müəssisələrinin nümayəndələrinin və tullantıların emalı ilə məşğul olan sahibkarların iştirakı ilə “Bərk məişət və plastik tullantıların idarə edilməsi” mövzusunda işgüzar görüş keçirildi.Görüşdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Novruz Quliyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynov və Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov iştirak etdi.

Keçidlər