24 noyabr 2022-ci il tarixdə Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-da qanvermə aksiyası keçiriləcək.
19 noyabr 2022 | 18:17
Hörmətli Sirvan şəhər sakinləri!
24 noyabr 2022-ci il tarixdə Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının təşəbbüsü, Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-da qanvermə aksiyası keçiriləcək. Aksiya talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq məqsədi ilə təşkil olunur.
Sizləri qanvermə aksiyasında qan ehtiyacı olan insanların köməyinə çatmaq üçün humanist xarakterli aksiyaya qoşulmağa dəvət edirik!
Xəstələrə tez bir zamanda sağlamlıqlarına qovuşmalarını arzulayırıq!