Şriftin ölçüsü :

Saytın rəngi :

Prezidentin səfərləri

Prezident cənab İlham Əliyevin Şirvan şəhərinə səfərləri:


23.03.2006
•Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət;
•Əli Bayramlı şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş;
•Heydər Əliyev Muzeyinin açılışı;
•Heydər Əliyev parkı ilə tanışlıq;
•Qarabağ müharibəsi, Çernobıl əlillərinə, şəhid ailələrinə və böyük vətən müharibəsi veteranlarına yeni mənzillərin orderlərinin təqdimatı;
•Əli Bayramlı şəhərində Müalicə - Diaqnostika Mərkəzinin təməlinin qoyulması mərasimi.

24.12.2007
•Əli Bayramlı Müalicə - Diaqnostika Mərkəzinin açılışı;
•Müdafiə Sənayesi Nazirliyinin Telemexanika zavodu ilə tanışlıq;
•Yağ emalı zavodunun açılışı;
•Əli-Bayramlı şəhərinin Çılpaqlı qəsəbəsindəki Arif Hüseynzadə adına 4 nömrəli orta məktəblə tanışlıq;
•“Cənub” elektrik stansiyasının təməlinin qoyulması mərasimi.

04.10.2008
•Şirvan şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət;
•Şirvan şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan parkla tanışlıq.

01.04.2010
•Şirvan şəhərində Heydər Əliyev Mərkəzinin açılış mərasimi;
•Şirvanda şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş;
•Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunun açılışı;
•Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi;
•Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyi Telemexanika zavodunda aparılmış yenidənqurma işləri ilə tanışlıq;
•Şirvan Şəhər Mərkəzi Mədəniyyət Evinin əsaslı yenidənqurmadan sonra açılışı;
•“Cənub” Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq.

11.05.2010
•Şirvan şəhərində daşqınlardan zərər çəkərək çadır düşərgəsində müvəqqəti məskunlaşan Sabirabad sakinləri ilə görüş və səyyar müşavirə.

01.07.2013
•“Cənub” Elektrik Stansiyasının açılışı;
•Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinə içməli suyun verilməsi mərasimi;
•Şirvan Olimpiya İdman Kompleksinin açılışı;
•Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin Şirvan “Araz” zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzinin açılışı;
•Müdafiə Sənayesi Nazirliyinin Şirvanda telemexanika zavodunun iriçaplı patronların istehsalı mərkəzinin açılışı;
•Bayraq Meydanında yaradılan şəraitlə tanışlıq.

28.08.2014
•Hacıqabul-Bəhramtəpə yolunun Şirvan şəhərindən keçən hissəsində Kür çayı üzərində inşa olunan avtomobil körpüsünün açılışı.

23.06.2017
•Revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodunun açılışı;
•Tank əleyhinə qumbaraatan üçün sursat istehsalı zavodunun açılışı;
•Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərindəki hərbi hissəsinin açılışı.

Keçidlər