İnfrastruktur
İnfrastruktur
Şəhərdə vacib sənaye obyektləri
"Cənub Elektrik Stansiyası" MMC, Müdafiə Sənayesi Nazirliyinin “Telemexanika” və “Araz” zavodları, Meliorasiya Mexaniki Təmir zavodu, "Retro Holding" MMC-nin metaləritmə, sement, kərpic və kağız qablaşdırma zavodları, ““MKT İK” MMC-nin Şirvan Yağ-Piy filialı, "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin Şirvan Pambıq Emalı Filialı, “Kristal” istehsalat-kommersiya firması, "Şirvan Operating Company LTD" Şirkətinin Azərbaycan Respublikasındakı filialı, "Karasu Operating Company LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialı fəaliyyət göstərir.
Son illərdə Müdafiə Sənayesi Nazirliyinin “Telemexanika” və “Araz” zavodlarında xüsusi təyinatlı məhsullar istehsal edən, ümumilikdə 5 yeni bölmə, Revolver tipli qumbaraatanlar üçün atəş yığımları zavodu, Tank əleyhinə qumbaraatan üçün sursat istehsalı zavodu, Retro Holding" MMC tərəfindən kərpic və kağız qablaşdırma zavodları tikilib istifadəyə verilmişdir.
Su təchizatı və kanalizasiya
Şirvan Sukanal idarəsi ümumilikdə 21296 abonentə xidmət göstərir.2020-ci ilədə 1202 əhali, 19 qeyri əhali olmaqla ümumilikdə 1221 abonent yeni qeydiyyata alınmışdır. Şəhərin su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması məqsədi ilə 2020-ci ildə müxtəlif diametrli 16867 p/m yeni su xətti, 4248 p/m kanalizasiya xətti çəkilmiş, şəhərin müxtəlif küçələrində 1033 p/m su xətti, 986 p/m kanalizasiya xətti təmir edilmiş, 1184 ədəd su sayğacı, 192 ədəd kanalizasiya qapaqları quraşdırılmış, ümumilikdə 55 çoxmənzilli yaşayış binalarının zirzəmilərində kanalizasiya xətləri əsaslı təmir olunaraq yenilənmişdir.
Elektirik enerjisi təchizatı
Şəhərin elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə 2020-ci il ərzində 7100 metr müxtəlif gərginlikli elektrik verilişi xətləri çəkilmiş, 1 ədəd 35/6 kv-luq transformator yarımstansiyası tikilmiş, 18 ədəd müxtəlif güclü transformator yarımstansiyası əsaslı, 78 ədəd yarımstansiya cari təmir olunmuş, 136 ədəd dəmir dayaq quraşdırılmış, istismara yararsız 46 ədəd izolyator yeni ŞS-10 izolyatorlarla əvəz edilmiş, 450 ədəd yeni sayğac quraşdırılaraq abonentlərin istifadəsinə verilmişdir.
Qaz təchizatı
2020-ci ildə əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə şəhərin qaz şəbəkəsində təmir və yenidənqurma işləri aparılmış, istismara yararsız qaz kəmərləri yenisi ilə əvəz olunmuş və müxtəlif diametrli 8579 p/m yeni qaz xətti çəkilmiş, 3 ədəd ŞQTM tipli əlavə qaz tənzimləyici şkaf quraşdırılmış, istismara yararsız 5600 ədəd fərdi qaz sayğacı yenisilə əvəz olunmuşdur. “Kənd evləri” yaşayış massivində 685 məcburi köçkün ailələri üçün inşa olunmuş 13 ədəd 9 mərtəbəli yaşayış binaları və mərkəzləşdirilmiş istilik sisteminin qazanxanası təbii qazla təmin olunmuşdur.