Şriftin ölçüsü :

Saytın rəngi :

İnkişaf proqramı

Şirvan şəhərinin sosial-iqtisadi inkişaf proqramı

• “Şirvan Sənaye Parkının” (məhəlləsinin) yaradılması;

• Şəhərin Bayramlı qəsəbəsində  köhnə Pambıqtəmizləmə zavodunun bərpası və yaxud zavodun bazasında yeni Toxuculuq və Xalçaçılıq fabriklərinin açılması;

• Müasir tipli kənd təsərrüfatı məhsullarının emalı (konserv) zavodunun açılması;

• Əhalinin məşğulluğunun qismən təmin edilməsi məqsədilə “Dost İş Mərkəzi” vasitəsi ilə şəhər üzrə müvəqqəti açılmış iş yerlərinin artırılması;

• Məişət tullantılarının emalı zavodunun tikintisi;

• Şəhər üzrə 127.1 ha yaşıllıq ərazilərin suvarılması üçün texniki su şəbəkəsinin qurulması;

• Şəhər ərazisində yerləşən İsmət Qayıbov adına parkda Kür çayı sahilində (sahil boyu) bülvarın salınması;

• Baş Şirvan Kollektorunun üzərində (Nizami küçəsi istiqamətində) 1 May küçəsi ilə Vidadi küçəsini birləşdirən uzunluğu 50 m olan piyada keçidinin tikintisi və kollektor boyu qəzalı vəziyyətdə olan 140 p/m uzunluqda şaquli divarlı dəmir-beton su ötürücüsünün bərpası;

• Mərkəzi şəhər stadionunun yenidən qurulması işlərinin başa çatdırılması;

• Şəhərin Bağ evləri yaşayış sahəsində 1200 şagird yerlik yeni məktəb binasının tikintisi;

• Şəhərdə təlabata uyğun 6 ədəd (T.İsmayılov küçəsində 1 ədəd 220 yerlik, 28 May küçəsində 1 ədəd 220 yerlik, Kənd evləri yaşayış sahəsində 1 ədəd 180 yerlik, Bağ evləri yaşayış sahəsində 1 ədəd 180 yerlik, Hacıqəhrəmanlı qəsəbəsində 1 ədəd 110 yerlik, Çılpaqlı yaşayış sahəsində 1 ədəd 110 yerlik) yeni körpələr evi-uşaq bağçalarının  tikintisi;

• Şəhərin 6400 ailədən ibarət 25600 nəfər əhalinin yaşadığı 155 çoxmənzilli yaşayış  binalarının istilik ilə təmin edilməsi;

• 1940-1960-cı illərdə inşa edilmiş dövlət mənzil fondunda olmaqla 831 nəfər əhalinin yaşadığı 182 ailədən ibarət 37 ədəd yararsız vəziyyətdə olan “barak” tipli evlərin sökülərək əvəzinə yeni çoxmənzilli yaşayış binalarının tikintisi;

• İmtiyazlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 104 Qarabağ müharibəsi veteranı, 32 Çernobıl AES-nın qəzası nəticəsində, 58 ümumi səbəbdən,15 hərbi xidmət dövrü və hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş, 32 ehtiyata buraxılmış hərbi quluqçular və zabitlər və 226 digər kateqoriyadan olan ailələrin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi;

• Şəhər sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulmuş 10 ha ərazidə çoxmənzilli sosial yaşayış binalarının tikintisi;

• Mənzil-kommunal xidmət müəssisələrində maddi-texniki bazanın möhkəmləndirilməsi – (4 ədəd məişət tullantılarının daşınması üçün xüsusi təyinatlı avtomobil, 2 ədəd özüyükboşaldan avtomobil, 4 ədəd su daşıyan maşın, 2 ədəd qülləli avtomaşın (avtovışka), 1 ədəd xüsusi qaldırıcı, 1 ədəd bekoloder, 1 ədəd kuza tamamilə metaldan olan yüksək keçidli furqon avtomobil, 2 ədəd UAZ markalı yüksək keçidli fermer avtomobili,);

• Şirvan şəhərində 1960-1980-ci illərdə tikilmiş və uzun müddət təmir olunmamış 3160 ailədən ibarət 12650 nəfər əhalinin yaşadığı 75 çoxmənzilli yaşayış binalarının dam örtüklərinin ağac konstruksiyadan ibarət metal çardaqlı örtüklə əvəz olunması;

• 5650 ailədən ibarət 22605 nəfər əhalinin yaşadığı 143 çoxmənzilli yaşayış binalarının fasad, giriş, pilləkən qəfəsələrinin və yumuşaq örtüklü damların təmiri və qəzalı vəziyyətə düşmüş dəmir-beton konstruksiyaların bərpa gücləndirilməsi;

• Çoxmənzilli yaşayış binaların fasadında qəzalı olan üzlük daşlarının, eyvanların və binaların giriş hissələrində çətirlərin təmiri;

• Şəhər İcra Hakimiyyətinin balansında olan 175 km uzunluqda avtomobil yollarının cari və əsaslı təmiri, 6200 ailədən ibarət 24800 nəfər əhalinin yaşadığı, uzunluğu 49,6 km olan torpaq və qum-çınqıl örtüklü,  47 şəhər və qəsəbə daxili  küçələrə asfalt-beton örtüyünün salınması;

• Şəhərin 38 küçə və prospektinin mövcud işıqlandırma sisteminin yenidənqurulması, 156 küçənin və 12 ünvanda çoxmənzilli yaşayıl binalarının məhəllələrinin və məhəllədaxili yollarının işıqlandırılması;

• Şirvan şəhərində sərnişindaşımada orta tutumlu avtobusların sayının artırılması;

• Telefon və genişzolaqlı internet xidmətinin yaxşılaşdırılması-Şəhərin müxtəlif yerlərində 18 ədəd yeni müasir tipli ONU avadanlıqlarının qurulması və bu avadanlıqların fiber-optik kabel vasitəsi ilə mərkəzi EATS-a qoşulması və şəhərin bir neçə yaşayış sahəsində pilot layihəsi kimi evə qədər optik layihəsi (GPON)  tikintisi;

• Şəhərin içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi. Bu məqsədlə ümumilikdə 257 km içməli su və 228 km tullantı su şəbəkələrinin, 19 min kubmetr olan 2 su anbarının, tullantı sutəmizləyici qurğular kompleksinin tikintisi;

• Çoxmənzilli yaşayış binalarının zirzəmilərində suyun çəkilməsi və tullantılardan təmizlənməsi, qəzalı vəziyyətdə olan kanalizasiya xətlərinin təmiri ;

• Elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində işlərin davamı olaraq, 110/35-6 kv-luq yarımstansiyanın tikilməsi, 35 kv-luq 754-1 və 754-2 saylı hava xətlərinin əhalinin sıx məskunlaşdığı ərazidən çıxarılması və 35-6 kv-luq 754 saylı yarımstansiyanın istismardan çıxarılması;

• Bağ evləri yaşayış sahəsinin Energetik küçəsinin qaz təchizatının yaxşılaşdırılması üçün 4384 p/m müxtəlif diametrli qaz xəttinin çəkilməsi və əlavə tənzimləyici qurğunun quraşdırılması, torpaqla təmasda olan müxtəlif diametrli qaz xətlərinin dayaqlar üzərində çəkilməsi və istismar müddəti başa çatmış qaz xətlərinin dəyişdirilməsi;

• Şirvan bələdiyyəsinin mülkiyyətinə aid şəhərin Baş planında 1922,49 ha yaşayış məntəqələri kateqoriyalı torpaqların daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid şoran örüş sahələrinin (485,54 ha) təyinatının dəyişdirilərək kadastr bazasında yaşayış məntəqələri kateqoriyasına aid edilməsi.

Mətbuat xidməti

Keçidlər