Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidləri

Şəhid Tağıyev Əli Azad oğlu 


Soyad: Tağıyev

 Ad: Əli

 Ata adı: Azad

 Doğum tarixi: 25.07.1998 

 Şəhid olub: 21.09.2023

 Rütbə: Gizir

 Təltifləri

 

Şəhid gizir Tağıyev Əli Azad oğlu 25 iyul 1998-ci ildə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olub. Şirvan şəhər 16 saylı tam orta məktəbin məzunu olub. Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edib. Komando hərbi birləşmlərində xidmət edib. 19-20 sentyabr 2023-cü il tarixlərdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Əli Tağıyev 21 sentyabr 2023-cü ildə Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İham Əliyevin müvafiq sərəncamları ilə "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalları ilə təltif olunub. 

 

Şəhid Hüseynov Rəşad Rəhim oğlu 


Soyad: Hüseynov

 Ad: Rəşad

 Ata adı: Rəhim

 Doğum tarixi: 10.03.1980 

 Şəhid olub: 22.09.2023

 Rütbə: Polkovnik-leytenant

 Təltifləri

     

Şəhid polkovnik-leytenant Hüseynov Rəşad Rəhim oğlu 10 mart 1980-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 21 saylı tam orta məktəbdə təhsil alıb. C.Naxçıvanski adına hərbi liseyin və Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olub. Daxili Qoşunlarda xidmət edib. 19-20 sentyabr 2023-cü il tarixlərdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Rəşad Hüseynov 22 sentyabr 2023-cü ildə Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Hərbi xidməti zamanı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi ", 1-ci dərəcəli "Qüsursuz xidmətə görə", 2-ci dərəcəli "Qüsursuz xidmətə görə", 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif olunan Rəşad Hüseynov, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalları ilə təltif olunub. Ailəlidir, iki övladı var.

 

Şəhid Bağırov Fuad Allahverdi oğlu

 Soyad: Bağırov

 Ad: Fuad

 Ata adı: Allahverdi

 Doğum tarixi: 03.11.1991 

 Şəhid olub: 01.02.2022

 Rütbə: Baş leytenant

 Təltifləri

     

Şəhid baş leytenant Bağırov Fuad Allahverdi oğlu 3 noyabr 1991-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 18 nömrəli tam orta məktəbi bitirib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olub. Aprel döyüşlərinin iştirakçısıdır. Vətən müharibəsi zamanı Kəlbəcər istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edib. Hərbi xidməti zamanı şəhidlik zirvəsinə ucalıb. 01 fevral 2022-ci il tarixdə Şirvan Şəhidlər Xiyabanında dəfn edilib. Hərbi xidməti zamanı “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi”, “Qüsursuz xidmətə görə” medalları ilə təltif olunan Fuad Bağırov Vətən müharibəsində iştirakı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ”Kəlbəcərin azad olunmasına görə”, ölümündən sonra isə "Vətən uğrunda”  medalları ilə təltif olunub. Ailəlidir, iki övladı var.

 

Şəhid Əliyev Elçin Ramil oğlu                                                                                                                                                                                                                       

 Soyad: Əliyev

 Ad: Elçin

 Ata adı: Ramil

 Doğum tarixi: 11.12.2002

 Şəhid olub: 16.11.2021

 Rütbə: Əsgər

 Təltifləri

 

Şəhid Əliyev Elçin Ramil oğlu 11.12.2002-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 18 nömrəli tam orta məktəbi bitirib. Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə hərbi xidməti zamanı şəhidlik zirvəsinə ucalıb. 16 noyabr  2021-ci il tarixdə Şirvan Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə  “Vətən uğrunda”  medalı ilə təltif olunub. 

 

Şəhid Qəribov Asif Səxavət oğlu

Soyad: Qəribov

Ad: Asif

Ata adı: Səxavət

Doğum tarixi: 10.09.2000

Şəhid olub: 30.09.2020

Rütbə: Əsgər

Təltifləri

   

Şəhid Qəribov Asif Səxavət oğlu 10 sentyabr 2000-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 18 №li tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 27 sentyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə  "Vətən uğrunda”,  “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Şəhid Həsənov Həsən Rəhim oğlu

Soyad: Həsənov

Ad: Həsən

Ata adı: Rəhim

Doğum tarixi: 01.10.1990

Şəhid olub: 03.10.2020

Rütbə: MAXEHHQ

Təltifləri

 

Şəhid Həsənov Həsən Rəhim oğlu 1 oktyabr 1990-cı ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 2 №li tam orta məktəbi bitirib. Müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu olub. Vətən müharibəsi zamanı Füzuli, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 2 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə  "Vətən uğrunda” və ” Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Ailəlidir, 2 övladı var.

 

Şəhid Məmmədli Cavid Natiq oğlu

Soyad: Məmmədli

Ad: Cavid

Ata adı: Natiq

Doğum tarixi: 16.01.1999

Şəhid olub: 04.10.2020

Rütbə: Əsgər

Təltifləri

     

Şəhid Məmmədli Cavid Natiq oğlu 16 yanvar 1999-cu ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 16 №li tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 4 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının  Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda”,  “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Şəhid Məmmədov Xəqani Füzuli oğlu

Soyad: Məmmədov

Ad: Xəqani

Ata adı: Füzuli

Doğum tarixi: 30.03.2002

Şəhid olub: 10.10.2020

Rütbə: Əsgər

Təltifləri

 

Şəhid Məmmədov Xəqani Füzuli oğlu 30 mart 2002-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhərində yerləşən Zəngilan rayon 3 №li tam orta məktəbi bitirib. Vətən  müharibəsi zamanı Suqovuşan və Ağdam istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 10 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Şəhid Hüseynov Nicat Ziyafət oğlu

Soyad: Hüseynov

Ad: Nicat

Ata adı: Ziyafət

Doğum tarixi: 04.06.1997

Şəhid olub: 11.10.2020

Rütbə: Əsgər

Təltifləri

    

Şəhid Hüseynov Nicat Ziyafət oğlu 4 iyun 1997-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 16 №li tam orta məktəbi bitirib. Şirvan şəhər musiqi məktəbinin məzunu olub. Vətən müharibəsi zamanı Füzuli və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 6 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda”, “Cəsur döyüşçü”, ”Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Şəhid İslamov Bəxtiyar Saleh oğlu

Soyad: İslamov

Ad: Bəxtiyar

Ata adı: Saleh

Doğum tarixi: 11.06.1997

Şəhid olub: 12.10.2020

Rütbə: Leytenant

Təltifləri

      

Şəhid İslamov Bəxtiyar Saleh oğlu 11 iyun 1997-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 4 nömrəli tam orta məktəbi bitirib. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, daha sonra Heydər Əliyev adına Ali Hərbi məktəbin məzunu olub. Vətən müharibəsi zamanı  Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzuli, Cəbrayıl, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. 12 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni,  “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrəyılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Şəhid Hümbətov Emil Tərlan oğlu

Soyad: Hümbətov

Ad: Emil

Ata adı: Tərlan

Doğum tarixi: 30.10.1992

Şəhid olub: 12.10.2020

Rütbə: Gizir

Təltifləri

  

Şəhid Hümbətov Emil Tərlan oğlu 30 oktyabr 1992-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 16 №li tam orta məktəbi bitirib. Şirvan şəhər Peşə liseyinin məzunu olub. Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 11 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif olunub.

 

Şəhid Şıxəliyev Elvin Sarvan oğlu

Soyad: Şıxəliyev

Ad: Elvin

Ata adı: Sarvan

Doğum tarixi: 06.06.1995

Şəhid olub: 14.10.2020

Rütbə: Əsgər

Təltifləri
       

Şəhid Şıxəliyev Elvin Sarvan oğlu 6 iyun 1995-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 18№li tam orta məktəbi bitirib. Füzuli, Cəbrayıl, Xocavənd və Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 14 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Şəhid Həsənov Məharət Ramil oğlu

Soyad: Həsənov

Ad: Məharət

Ata adı: Ramil

Doğum tarixi: 25.10.1987

Şəhid olub: 15.10.2020

Rütbə: Əsgər

Təltifləri

  

Şəhid Həsənov Məharət Ramil oğlu 25 oktyabr 1987-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 18 №li tam orta məktəbdə təhsil alıb. Vətən müharibəsi zamanı  Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 15 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü“ və “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif olunub. Bir övladı var.

 

Şəhid Xəlilov Namiq İlyas oğlu

Soyad: Xəlilov

Ad: Namiq

Ata adı: İlyas

Doğum tarixi: 15.06.1992

Şəhid olub: 17.10.2020

Rütbə: Gizir

Təltifləri

         


Şəhid Xəlilov Namiq İlyas oğlu 15 iyun 1992-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 11 №li tam orta məktəbi bitirib. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Aprel döyüşlərində iştirak edib. Vətən müharibəsi zamanı Kəlbəcər, Füzuli, Qubadlı,Cəbrayıl, Suqovuşan, Hadrut, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 16 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, “III dərəcəli hərbi xidmətlərə görə”, “Hərbi xidmətlərə görə”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi”, “Vətən uğrunda”, “Şücaətə görə”, ”Kəlbəcərin azad olunmasına görə”, ”Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları  ilə təltif olunub. Ailəlidir, 2 övladı var.

 

Şəhid Zülfüqarlı Zeynal Alim oğlu

Soyad: Zülfüqarlı

Ad: Zeynal

Ata adı: Alim

Doğum tarixi: 31.05.1995

Şəhid olub: 20.10.2020

Rütbə: Kiçik Gizir

Təltifləri
         

Şəhid Zülfüqarlı Zeynal Alim oğlu 31 may 1995-ci ildə Sabirabad rayonunun Qaratoğay kəndində anadan  olub.  Şirvan şəhər 18 №li tam orta məktəbi bitirib. Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinin məzunu olub. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Vətən müharibəsi zamanı Murovdağ yüksəkliyi, Füzuli, Xocavənd, Qubadlı, Cəbrayıl və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. 20 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Rəşadət" ordeni, “Azərbaycan Ordusunun Yüzilliyi”, “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Ailəlidir, 1 övladı var.

 

Şəhid Məmmədov Röyal Misil oğlu

Soyad: Məmmədov

Ad: Röyal

Ata adı: Misil

Doğum tarixi: 12.10.1990

Şəhid olub: 26.10.2020

Rütbə: Əsgər

Təltifləri

   

Şəhid Məmmədov Röyal Misil oğlu 12 oktyabr 1990-cı ildə Şamaxı rayonunun Kürdəmic kəndində anadan olub. Şirvan şəhər 13 nömrəli tam orta məktəbi bitirib. Şirvan Peşə Liseyinin məzunu olub. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 24 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti Cənab  İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 

Şəhid Fərəcov Kamran İlqar oğlu

Soyad: Fərəcov

Ad: Kamran

Ata adı: İlqar

Doğum tarixi: 14.02.1996

Şəhid olub: 29.10.2020

Rütbə: MAXEHHQ

Təltifləri

 

Şəhid Fərəcov Kamran İlqar oğlu 14 fevral 1996-cı ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 11 №li tam orta məktəbi bitirib. Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində xidmət edib. Vətən müharibəsində Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut və Xocavənd istiqamətlərində  gedən döyüşlərdə iştirak edib. 24 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və  “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Ailəlidir

 

Şəhid Cəfərov Yusif Mübariz oğlu

Soyad: Cəfərov

Ad: Yusif

Ata adı: Mübariz

Doğum tarixi: 25.04.1996

Şəhid olub: 04.11.2020

Rütbə: Əsgər

Təltifləri

   

Şəhid Cəfərov Yusif Mübariz oğlu 25 aprel 1996-cı ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 2 №li tam orta məktəbi bitirib. Mingəçevir Dövlət Universitetinin məzunu olub. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 22 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə  "Vətən uğrunda”, “Cəsur döyüşçü”, "Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Şəhid Əliyev Ramil Vüqarəddin oğlu

Soyad: Əliyev

Ad: Ramil

Ata adı: Vüqarəddin

Doğum tarixi: 09.12.1996

Şəhid olub: 05.11.2020

Rütbə: Əsgər

Təltifləri

   

Şəhid Əliyev Ramil Vuqarəddin oğlu 9 dekabr 1996-cı ildə Hacıqabul rayonunda anadan olub. Şirvan şəhərində yerləşən Füzuli rayon 10№li tam orta məktəbi bitirib. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin və  Şirvan şəhər musiqi məktəbinin məzunu olub. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. 29 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Şəhid İsmayılzadə Şəhriyar Əkbər oğlu

Soyad: İsmayılzadə

Ad: Şəhriyar

Ata adı: Əkbər

Doğum tarixi: 07.07.1994

Şəhid olub: 10.11.2020

Rütbə: Əsgər

Təltifləri

  

Şəhid İsmayılzadə Şəhriyar Əkbər oğlu 7 iyul 1994-cü ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 12 №-li tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib.  8 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Şəhid Bağırov Süleyman Loğman oğlu

Soyad: Bağırov

Ad: Süleyman

Ata adı: Loğman

Doğum tarixi: 01.02.1992

Şəhid olub: 13.11.2020

Rütbə: Leytenant

Təltifləri

   

Şəhid Bağırov Süleyman Loğman oğlu 1 fevral 1992-ci ildə Sabirabad rayonunun Sərxanbəyli kəndində anadan olub. Şirvan şəhər 20 №li tam orta məktəbi bitirib. Azərbaycan Respublikası Mədəniyyət və İncəsənət Universitetinin məzunu olub. Aprel döyüşlərində iştirak edib. Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl istiqamətlərində gedən  döyüşlərdə iştirak edib. 8 oktyabr 2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalıb. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq  sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”medalları ilə təltif olunub. Ailəlidir, 1 övladı var.

 

Şəhid Mənəfli Əli Əflan oğlu

Soyad: Mənəfli

Ad: Əli

Ata adı: Əflan

Doğum tarixi: 12.10.2001

Şəhid olub: 14.11.2020

Rütbə: Əsgər

Təltifləri

     

Şəhid Mənəfli Əli Əflan oğlu 12 oktyabr 2001-ci ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 18 nömrəli tam orta məktəbi bitirib. Şirvan Peşə liseyinin və Şirvan şəhər musiqi məktəbinin məzunu olub. Vətən müharibəsində Füzuli, Cəbrayılın, Xocavənd, Hadrut və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 14 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Şirvan şəhər Şəhidər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Şəhid Qarayev Elnur Qalib oğlu

Soyad: Qarayev

Ad: Elnur

Ata adı: Qalib

Doğum tarixi: 13.11.1996

Şəhid olub: 18.11.2020

Rütbə: Əsgər

Təltifləri

 

Şəhid Qarayev Elnur Qalib oğlu 13 noyabr 1996-cı ildə Şirvan şəhərində anadan olub. Şirvan şəhər 1 nömrəli tam orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Xocavənd və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 18 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Ailəlidir, bir öladı var.

 

Şəhid Rüstəmov Ruslan Nüsrət oğlu

Soyad: Rüstəmov

Ad: Ruslan

Ata adı: Nüsrət

Doğum tarixi: 23.10.1981

Şəhid olub: 02.10.2020

Rütbə: Baş Leytenant

Təltifləri

    

Şəhid Rustəmov Ruslan Nüsrət oğlu 23 oktyabr 1981-ci ildə Şamaxı rayonunun Şorbaçı kəndində anadan olub. Şorbaçı kənd tam orta məktəbini bitirib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olub.  Müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu olub. Vətən müharibəsi zamanı Murovdağ yüksəkliyi, Suqovuşan, Talış kəndi istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 4 dekabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Hacıqabul rayonu, Şorbaçı kənd qəbristanlığında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Azərbaycan Ordusunun 100 illiyi”, “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Ailəlidir, 5 övladır var.

 

Şəhid Alişanlı Amal Seyfəddin oğlu

Soyad: Alişanlı

Ad: Amal

Ata adı: Seyfəddin

Doğum tarixi: 11.02.2001

Şəhid olub: 08.10.2020

Rütbə: MAXEHHQ

Təltifləri

      

Şəhid Alişanlı Amal Seyfəddin oğlu 11 fevral 2001-ci ildə Yardımlı rayonunda anadan olub. Şirvan şəhər 20 №li orta məktəbi bitirib. Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzuli, Cəbrayıl və Kəlbəcər rayonu istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 8 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Yardımlı rayon Qabaqdibi kənd qəbristanlığında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti Cənab İham Əliyevin müvafiq sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Şücaətə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Keçidlər