8 Noyabr – Zəfər Günü münasibətilə Şirvan şəhərində bayram tədbiri keçiriləcək!
05 noyabr 2026 | 14:47
8 Noyabr – Zəfər Günü münasibətilə Şirvan şəhərində bayram tədbiri keçiriləcək!
8 Noyabr – Zəfər Günü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram konserti təşkil ediləcək. Konsert proqramının sonunda möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.
Tədbir 7 noyabr tarixində Şirvan şəhəri, M. Füzuli adına Mədəniyyət və İstirahət Parkında, Zəfər abidəsinin önündə keçiriləcək.
Konsert proqramı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistlərinin, eləcə də respublikanın və Şirvan şəhərinin tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə təqdim olunacaq.
Tədbirin proqramı:
• Saat 17:00 – Bayram konserti;
• Saat 18:30 – Atəşfəşanlıq.
Bütün şəhər sakinlərini və şəhərimizin qonaqlarını bu əlamətdar günün sevincini birlikdə bölüşməyə dəvət edirik!
8 Noyabr – Zəfər Günümüz mübarək!






