Su təchizatının dayandırılması
18 aprel 2019 | 16:00
Hörmətli Şirvan şəhər sakinləri, nəzərinizə çatdırmaq istərdik ki, şəhərin “Köhnə şəhər”, “Demanlı” və ”Çılpaqlı” yaşayış massivlərində su verlişinin məhsuldarlığının artırılması və davamlı təminatı məqsədi ilə yüksək təzyiqli su kəmərindən ayrılan d-450 mm-lik (Çılpaqlı) magistral xəttin üzərinə siyirtmələr quraşdırılması üçün 19 aprel tarixdə səhər saat 08:00-dan etibarən 12 saat müddətinə həmin xəttdən su verilməsi dayandırılacaqdır.Nəzərə almağınızı Sizdən xahiş edirik.