Qaz təchizatının dayandırılması
27 noyabr 2019 | 16:00
Hörmətli Şirvan şəhər sakinləri, “Kənd evləri” yaşayış massivinə verilən qazın təzyiqində yaranan problemin aradan qaldırılması məqsədilə Salyan RQİİ-nin Şirvan Xidmət Sahəsi tərəfindən Xanlar küçəsində yerləşən ŞQTM-400 tipli qaz tənzimləyici şkafın sökülərək “Kənd evləri” yaşayış massivinə köçürülməsi işləri həyata keçiriləcəkdir. Bununla əlaqədar 27 noyabr 2019-cu il tarixdə Xanlar, N.Nərimanov küçələri və “Kənd evləri” yaşayış massivinin bir hissəsinin qaz təchizatında müvəqqəti məhdudiyyətlər yaranacaqdır.
Nəzərə almağınızı Sizdən xahiş edirik.