Şriftin ölçüsü :

Saytın rəngi :

Qan Bankının Şirvan şəhər bölməsində qanvermə aksiyası keçiriləcəkdir.

12 aprel 2020 | 16:00

Koronavirus pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı azaldığından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çağırışı və təşəbbüsü əsasında ölkəmizdə qanvermə aksiyası keçirilir. Qan köçürülməsinə ehtiyac duyan və qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək olacaq aksiya cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək məqsədini daşıyır.
    Şəhərimizdə qanvermə aksiyası 13 aprel 2020-ci il tarixində saat 12:00-dan 17:00-dək müvafiq olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzi-Qan Bankının Şirvan şəhər bölməsində həyata keçirəcəkdir.
    Pandemiya dövründə karantin rejiminin qaydalara uyğun olaraq, çölə çıxma icazəsi olan şəhər sakinlərindən birlik nümayiş etdirərək bu aksiyada fəal olmağa çağırırıq.

Keçidlər