Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2020-ci il tarixli 144 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci ilin may ayının 4-ə qədər uzadılmışdır.

19 aprel 2020 | 16:00

COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən zəruri qabaqlayıcı tədbirlər görülməsi, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi davam etdirilir.
    İnsanların həyat və sağlamlıqlarının daha səmərəli qorunması, virusun yayılması sürətinin kəskin azaldılması məqsədi ilə Azərbaycan ərazisində tətbiq olunan karantin rejiminin uzadılması məqsədəuyğun sayılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2020-ci il tarixli 144 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci ilin may ayının 4-ə qədər uzadılmışdır.
    Bunu nəzərə alaraq, Şirvan şəhər sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə, sosial məsafəni qorumağa və xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməyə çağırırıq.

Şirvan şəhər İcra hakimiyyəti

Keçidlər