Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar «Sən elə bir zirvəsən!» mövzusunda onlayn esse (yazı) müsabiqəsi.

24 aprel 2020 | 16:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar Şirvan şəhər İcra Hakimiyyəti, YAP şəhər təşkilatı və şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 24 aprel-07 may 2020-ci il tarixlərində «Sən elə bir zirvəsən!» mövzusunda onlayn esse  (yazı) müsabiqəsi keçiriləcəkdir. Esse (yazı) müsabiqəsində şəhər ümumtəhsil məktəblərində təhsil alan 5-11-ci sinif şagirdləri iştirak edə bilər. Essedə sözlərin sayı 1000-1500 arasında olmalı, əlyazma şəklində yazılmalıdır.
    Yazılar Şirvan şəhər Təhsil Şöbəsinin shirvan@edu.gov.az elektron ünvanına elektron formada göndərilməlidir.
    Müsabiqə qalibləri (I, II və III yerlər) təşkilatçılar tərəfindən təltif ediləcəkdir.

Keçidlər