Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni növ koronavirus(COVID-19) infeksiyası ilə bağlı ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılmışdır.

02 may 2020 | 16:00

  Koronavirus(COVID-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən zəruri qabaqlayıcı tədbirlər görülməsi, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi davam etdirilir.
  Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə yeni növ koronavirus infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılmışdır.
  Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə bağlı ölkədəki vəziyyət zərurət yaranacağı halda xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.
  Bunu nəzərə alaraq, Şirvan şəhər sakinlərini xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməyə çağırırıq.

Keçidlər