Şriftin ölçüsü :

Saytın rəngi :

Karantin rejiminin müddəti 15 iyun 2020-ci il tarixədək uzadılmışdır.

02 iyun 2020 | 16:00

Yeni növ koronavirus(COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində ötən müddət ərzində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzarət altına alınıb. Bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVİD-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir.
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 190 nömrəli Qərarı ilə Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il tarixədək uzadılmış, həmin rejimlə əlaqədar bəzi məhdudiyyətlər aradan qaldırılmışdır.
    Eyni zamanda “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli 189 nömrəli Qərarı ilə ictimai nəqliyyatda, ictimai iaşə, ticarət və xidmət obyektlərində, dövlət orqanlarının binalarında və digər ərzilərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi qaydaları müəyyən edilmişdir. Qərarın tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə  məsuliyyətə səbəb olacaqdır.
    Bunu nəzərə alaraq bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırırıq. Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.

Keçidlər