Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkə üzrə xüsusi karantin rejiminin 1 iyul 2020-ci il tarixinədək uzadılmasına qərar verilmişdir.

10 iyun 2020 | 16:00

Yeni növ koronavirus(COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə ötən müddət ərzində ardıcıl və effektiv tədbirlər həyata keçirilməkdə davam edir və infeksiyanın yayılması nəzarət altına alınıb. Bununla belə, pandemiya vəziyyəti hələ də davam etdiyindən və son günlər ərazində infeksiyaya yoluxma dinamikası artdığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyun 195 nömrəli Qərarı ilə ölkə üzrə xüsusi karantin rejiminin müddətinin 1 iyul 2020-ci il tarixinədək uzadılmasına qərar verilmişdir.
    Bundan əlavə, ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edildiyindən, virusunun yayılma sürətinin azaldılması və onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyun 2020-ci il tarixli 196 nömrəli Qərarı ilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcəkdir.
    İnsanların sağlamlığı və təhlükəsizliyinin qorunması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərdə vətəndaşlarımızı həmrəylik nümayiş etdirməyə və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgahın tələb və qaydalarına əməl etməyə çağırırıq.

Keçidlər