Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın yenidən yaradılması barədə

18 may 2021 | 16:00

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinın 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Şirvan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şura üzvlüyünə irəli sürülən namizədlər 2021-ci il  mayın 18-dan iyunun 14-dək Təşkilat Komissiyası tərəfindən  qeydiyyata alınacaqdır.

Vətəndaş cəmiyyəti institutlarından namizəd barədə aşağıdakı məlumatların (mail@shirvan-ih.gov.az) elektron poçt ünvanına təqdim etmələri xahiş olunur:
• İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);
• şəxsiyyət vəsiqəsinin surəti;
• namizədin tərcümeyi-halı;
• namizədin vətəndaş cəmiyyəti institutunun üzvü olduğunu təsdiq edən sənədin surəti;
• şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər);
•  bütün bunlardan əlavə, namizəd barədə ətraflı məlumat verən digər sənədlər də təqdim oluna bilər.
Qeyd edək ki, Şirvan Şəhər İcra Hakimiyyəti yanında yaradılacaq İctimai Şuraya seçkilər 25 iyun 2021-ci il tarixində saat 11:00-da Yeni Azərbaycan Partiyası Şivan Şəhər Təşkilatının inzibati binasında keçiriləcəkdir.

Şirvan şəhər İcra Hakimiyyəti yanında
İctimai Şuraya Seçkinin Təşkili  Komissiyası

Keçidlər