Qaz təhcizatının dayandırılması
17 noyabr 2021 | 16:00
Hörmətli Şirvan şəhəri sakinləri,
16 noyabr 2021-ci il tarixdə "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional Qaz İstismarı
İdarəsinin Şirvan Xidmət Sahəsinin xidməti ərazisi olan T.İsmayılov küçəsində 16 saylı tam orta
məktəbin qarşısından keçən yerüstü qaz xəttinin mənbəyə qoşulması məqsədilə, saat 14:00 -
dan şəhərin T.İsmayılov, M.Ə.Rəsulzadə, Kənd evləri yaşayış massivində işlər başa çatanadək
3000 abonentin qaz təchizatında məhdudiyyət olacaqdır. Məhdudiyyətin qısa müddətdə aradan
qaldırılması üçün bütün tədbirlər görülmüşdür.