Şriftin ölçüsü :

Saytın rəngi :

"IT" sahəsində karyera qurmaq istəyənlərin nəzərinə !

16 fevral 2023 | 10:00

Hörmətli Şirvan şəhər gəncləri!                                                                                    

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “StrategEast” müəssisəsinin birgə təşkilatçılığı ilə “IT Hub Azərbaycan” layihəsinə start verilib.

Layihənin məqsədi: Ölkəmizdə İKT sahəsinin inkişafının dəstəklənməsi,  əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanması və Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə işlə təmin edilməsindən ibarətdir.

Təlimdə iştirak üçün şərtlər: IT sahəsində karyera qurmaq istəyən, elementar səviyyədə (Elementary-A2) ingilis dili bacarığı olan 19-30 yaş arası Azərbaycan vətəndaşları

Dərslər: ödənişsiz, onlayn formatda keçiriləcəkdir.

Layihənin müddəti: 11 ay

Müraciət üçün forma: bit.ly/3X1IXhy

Qeydiyyat üzrə son tarix: 7 mart 2023-cü il

Keçidlər