Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz şənliyinə dəvət edirik.

14 mart 2024 | 11:07
Hörmətli Şirvan sakinləri və şəhərimizin qonaqları!
 
Sizi martın 15-i, saat 15:00-da Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında yerləşən Zəfər abidəsinin qarşısında Novruz bayramına həsr olunmuş el şənliyinə dəvət edirik.
 
Tədbirdə bayram atributları, milli mətbəximizin və geyimlərimizin nümunələri, əl işlərindən və rəsm əsərlərindən ibarət sərgilər nümayiş olunacaq.
 
Əziz şirvanlılar, gəlin bayram tonqalını birlikdə qalayaq! 🔥
 
Novruz bayramınız mübarək!
Keçidlər