Qaz təchizatının dayandırılması
08 aprel 2025 | 09:10
Hörmətli Şirvan şəhər sakinləri,
Azəriqaz İB-nin Salyan RQİİ-nin Şirvan Xidmət Sahəsinin məlumatına əsasən 8 Aprel 2025-ci il tarixində, aparılacaq təmir işləri səbəbindən saat 10:00-dan işlər başa çatanadək şəhərin Kənd evləri yaşayış sahəsi, Bağ evləri yaşayış sahəsi, Naxçıvan prospekti, M.Ə.Rəsulzadə prospekti, T.İsmayılov, S.Zeynalov və 28 May küçələrinin bir hissəsinin qaz təminatında müvəqqəti məhdudiyyətlər olacaqdır.