Qaz təchizatının dayandırılması
10 iyun 2025 | 18:10
Hörmətli Şirvan şəhər sakinləri,
Azəriqaz İB-nin Salyan RQİİ-nin Şirvan Xidmət Sahəsinin məlumatına əsasən 11 iyun 2025-ci il tarixində, aparılacaq təmir işləri səbəbindən saat 10:30-dan işlər başa çatanadək şəhərin Hacıqəhrəmanlı qəsəbəsi, M.Mirzəyev, Neftçilər, M.Qədirov, E.Əzimov və C.Cabbarlı küçələrinin qaz təminatında müvəqqəti məhdudiyyətlər olacaqdır.






