Qaz təchizatının dayandırılması
28 yanvar 2026 | 18:42
Hörmətli Şirvan şəhər sakinləri,
Azəriqaz İB-nin Salyan RQİİ-nin Şirvan Xidmət Sahəsinin məlumatına əsasən, Salyan RQİİ üzrə Sabirabad rayonu Qarağac, Minbaşı, Dadaşbəyli və eyni zamanda Şirvan şəhərinin Bayramlı qəsəbəsini təbii qazla təmin edən Dş 200 mm-lik yeraltı politlen qaz kəmərini Su Melorasiya idarəsinə məxsus texnika qazıntı işləri aparan zaman toxunaraq zədələməsi nəticəsində 1537 abonentin qaz təchizatı 28.01.2026-cı il tarixində saat 17:50-dən etibarən daxildən dayandırıldı. Təmir işlərinin görülməsi və qaz təminatının bərpası növbəti günə planlaşdırılır.






