Şriftin ölçüsü :

Saytın rəngi :

Qaz təchizatının dayandırılması

29 yanvar 2026 | 18:27

      Hörmətli Şirvan şəhər sakinləri,

Azəriqaz İB-nin Salyan RQİİ-nin Şirvan Xidmət Sahəsinin məlumatına əsasən, Salyan RQİİ üzrə Sabirabad rayonu Qarağac, Minbaşı, Dadaşbəyli və eyni zamanda Şirvan şəhərinin Bayramlı qəsəbəsini təbii qazla təmin edən D 200 mm-lik yeraltı politlen qaz kəmərini Su Melorasiya idarəsinə məxsus texnika qazıntı işləri aparan zaman toxunaraq zədələməsi nəticəsində 1537 abonentin qaz təchizatında yaranmış məhdudiyyət 29.01.2026-cı il saat 17:30-dan etibarən təmir olunaraq bərpa olundu.

Keçidlər