Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün namizədlərin qəbulu elan edilir

03 aprel 2025 | 09:49

  Vətəndaş cəmiyyəti institutlarının nəzərinə!

    “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununa, bu Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq  16 may 2025-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçki keçiriləcəkdir.    

         İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.            

         Bununla əlaqədar olaraq 3 aprel 2025-ci il tarixdən etibarən 20 iş günü müddətində Şirvan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan olunur və 1 may 2025-ci il tarixində başa çatacaqdır.  

         Seçki ilə əlaqədar İctimai Şuranın üzvlüyünə irəli sürülən namizəd aşağıdakı sənədləri Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə təqdim etməlidir:

 

  1. İctimai Şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);
  2. Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
  3. Namizədin tərcümeyi-halı;
  4. Namizəd vətəndaş cəmiyyəti institutunun üzvü olduqda, həmin üzvlüyü təsdiq edən sənədin surəti;
  5. Şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər);

 

         Seçki Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında keçiriləcəkdir. 

                                                                                 

                                                                                                            Seçki Komissiyası

Keçidlər