Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində qanvermə aksiyası keçiriləcək

17 noyabr 2025 | 12:53
 
Noyabrın 20-də Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Səhiyyə Nazirliyi “Respublika Qan Bankı” publik hüquqi şəxsin dəstəyi ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində könüllü qanvermə aksiyası keçiriləcəkdir.
Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-də saat 10:00-dan 18:00-dək davam edəcək aksiyada şəhər sakinlərini birlik nümayiş etdirərək, fəal iştirak etməyə dəvət edirik.
Aksiyada toplanan qanın irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunması nəzərdə tutulur.
Keçidlər