Şirvanda əmək yarmarkası təşkil ediləcək!
26 noyabr 2025 | 17:56
İşsiz və işaxtaran şəxslərin nəzərinə!
Noyabrın 28-də Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə Şirvan şəhərində əmək yarmarkası keçiriləcək.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.






