“Müasir dövrdə Azərbaycan Respublikasında etno-siyasi və dini durum” mövzusunda zona müşavirəsi keçirildi.
18 aprel 2019-cu il tarixdə saat 11:00-da Şirvan şəhər İcra Hakimiyyətində “Müasir dövrdə Azərbaycan Respublikasında etno-siyasi və dini durum” mövzusunda zona müşavirəsi keçirildi.
Müşavirədə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala, Saatlı, Sabirabad, İmişli və Cəbrayıl rayonlarından gələn icra hakimiyyəti başçılarının müavinləri, icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqan rəhbərləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan və İmişli bölgələri üzrə şöbələrinin müdirləri, Qafqaz Müsəlmanları idarəsinin nümayəndəsi və digər aidiyyatı dövlət qrumlarının rəhbərləri itirak etdi.