Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramına həsr olunmuş ümumşəhər tədbiri keçirildi.

30 dekabr 2013 | 16:00

29.12.2013-cü il tarixdə saat 15.00-da Şirvan şəhər Mədəniyyət evində Şirvan şəhər İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, ictimai-siyasi qrumların rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramına həsr olunmuş ümumşəhər tədbiri keçirildi. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov bayram münasibəti ilə şəhər əhalisini təbrik etdi, 2013-cü ildə idman sahəsində yüksək nailiyyətlər qazanan bir qrup idmançıya mükafatlar təqdim edildi. Tədbirdə Respublikanın tanınmış gənc muğam ustaları Mirələm Mirələmov, Kamilə Nəbiyeva və Nigar Şabanova böyük bayram konserti ilə çıxış etdilər.

Keçidlər