Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə ümumşəhər tədbiri keçirildi.

10 may 2019 | 16:00

10 may 2019-cu il tarixdə saat 10:00-da Heydər Əliyev Meydanında Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov, şura üzvləri, hüquq mühafizə orqanlarının, ictimai-siyasi qurumların və əmək kollektivləri rəhbərlərinin iştirakı ilə ümumşəhər tədbiri keçirildi.
Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olundu, abidə önünə gül-çiçək dəstələri qoyularaq əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi.Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin keçdiyi şərəfli həyat yolu və fəaliyyəti ilə bağlı filmin nümayişi olundu.

Keçidlər