1 saylı İnzibati Ərazi Dairəsinin 2013-cü ildə gördüyü işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
15 yanvar 2014 | 16:00
14.01.2014-cü il tarixdə saat 11.00-da Şirvan şəhər Mədəniyyət evində Şirvan şəhər 1 saylı İnzibati Ərazi Dairəsinin 2013-cü ildə gördüyü işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Yığıncaqda İcra Hakimiyyətinin Başçısı M.Camalov, İcra Hakimiyyəti Başçısının I müavini S.Abıyev, Ərazi İdarəetmə və yerliözünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri H.Həsənov, hüquq mühafizə orqanlarının rəhbərləri, şura üzvləri və 250 nəfər iştirak etdi.