“Bütün insanlar bərabərdir” mövzusunda rəsm sərgisi təşkil olundu.
12 iyun 2019 | 16:00
12 iyun 2019-cu il tarixdə saat 11:00-da Şirvan Gənclər Evində şəhər İcra Hakimiyyətinin və Şirvan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə may ayının 18-dən - iyun ayının 18-dək elan olunmuş “İnsan hüquqları aylığı” çərçivəsində “Bütün insanlar bərabərdir” mövzusunda rəsm sərgisi təşkil olundu.