Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində yeni tikilmiş nümunəvi məhəllənin və xeyir-şər evinin açılışı oldu. İcra Hakimiyyəti Başçısının səyyar qəbulu keçirildi.

08 fevral 2014 | 16:00

L-t İbrahimov küçəsində 1970-ci illərdə tikilmiş, hal-hazıradək heç bir təmir işləri aparılmayan çoxmərtəbəli yaşayış binalarının ətrafında geniş quruculuq və abadlıq işləri aparılır, yeni nümunəvi məhəllələr salınır, xeyir-şər evləri tikilir. L-t İbrahimov küçəsi 14 və 16 saylı binaların qarşısında tikilən 21-ci nümunəvi məhəllə və 9-cu xeyir-şər evi əhalinin istifadəsinə verildi. Hal-hazırda şəhər ərazisində ayrı-ayrı məhəllələrdə tikilməkdə olan 6 xeyir-şər evinin tikintisi başa çatmaq üzrədir. Yeni salınmış nümunəvi məhəllədə 1 ədəd uşaq əyləncə mərkəzi, yaşlı sakinlərin istirahəti üçün 2 ədəd günlüklər quraşdırılmış, əraziyə 900 m2 tamet örtük döşənmiş, 120 p/m beton bardyur tökülmüş, ərazidə şəxsi avtomobillər üçün sahəsi 100 m2 olan danayacaq tikilmiş, 2 ədəd oturacaq, 4 ədəd zibil qutusu qoyulmuş, əraziyə həmişəyaşıl ağaclar əkilmişdir. Yeni tikilmiş xeyir-şər evi lazım olan avadanlıqlarla tam təmin edilmişdir.

Keçidlər