Tofiq İsmayılov küçəsi 2, 7, 11A və 15 saylı yaşayış binalarının qarşısında stadionun açılışı oldu.
21 iyun 2019 | 16:00
21 iyun 2019-cu il tarixdə şəhərin Tofiq İsmayılov küçəsi 2, 7, 11A və 15 saylı yaşayış binalarının qarşısında İcra Hakimiyyətinin Başçısı Mərdan Camalovun, şura üzvləri, digər təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə stadionun açılışı oldu.
Açılışda 2, 7, 11A və 15 saylı yaşayış binalarının sakinləri ilə yanaşı qonşu bina sakinləri də iştirak edirdilər. Sakinlər stadionun açılışı ilə əlaqədar öz sevinc hisslərini bölüşərək, ölkədə və şəhərdə aparılan abadlıq-qurucluq işlərinə görə cənab Prezidentə minnətdarlıqlarını bildirdilər. Sakinlər onları maraqlandıran bir çox suallar ünvanladılar, təkliflər verib öz problemlərini çatdırdılar.