“Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı” mövzusunda bələdiyyə qulluqçuları və üzvləri üçün müəyyən edilmiş qrafikə əsasən seminar keçirildi.
25 iyul 2019 | 16:00
25 iyul 2019-cu il tarixdə Şirvan Regional Ədliyyə İdarəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Şirvan Regional Ədliyyə idarəsinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda yerli Özünüidarəetmə Proqramı və Gəncə-Qazax İqtisadi rayonun Yerli və Regional İnkişafına Dəstək” layihəsi çərçivəsində “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı” mövzusunda bələdiyyə qulluqçuları və üzvləri üçün müəyyən edilmiş qrafikə əsasən seminar keçirildi.