Şirvan şəhər İcra Hakimiyyətininin Başçısı Mərdan Camalovun səyyari qəbulu keçirildi.
Şirvan şəhər İcra Hakimiyyətininin Başçısı Mərdan Camalovun səyyari qəbulu keçirildi.
Hacıqəhrəmanlı qəsəbə icra nümayəndəliyində Şirvan şəhər İcra Hakimiyyətininin Başçısı Mərdan Camalovun səyyari qəbulu keçirildi. Qəbulda Şura üzvləri, hüquq-mühafizə və xidmət təşkilatlarının rəhbərləri iştirak etdi.
Səyyari qəbulda qəsəbə sakinləri icra Hakimiyyəti Başçısına ayrı-ayrılıqda müraciət etdilər:
1. Hacıyeva Mehriban Cəmil qızı - Su bulağının çəkilməsinə köməklik göstərilməsi barədə müraciəti
Tapşırıldı: Şirvan şəhər İcra Hakimiyyəti Başçısının I müavini Abıyev Samid, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini Abdıyev Azər, Hacıqəhramanlı qəsəbə İnzibati Ərazi Vahidi üzrə nümayəndəsi Mənsimov Pünhan, Şirvan şəhər Sukanal İdarəsinin rəisi Hüseynov Fərhad
2. Nəcəfov Rza Xanoğlan oğlu – Təbii qazdan istifadəyə görə cərimə (2800azn) ilə bağlı köməklik göstərilməsi barədə müraciəti.
Tapşırıldı: Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini Məharət Mustafayev, Salyan Regional Qaz İstismar İdarəsinin Şirvan Xidməti Sahəsi üzrə rəis müavini Gündüz Tarverdiyev.
3. Baladadaşov Bəxtiyar Hüseynəli oğlu – Təbii qazdan istifadəyə görə cərimə (3240azn) ilə bağlı köməklik göstərilməsi barədə müraciəti.
Tapşırıldı: Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini Məharət Mustafayev, Salyan Regional Qaz İstismar İdarəsinin Şirvan Xidməti Sahəsi üzrə rəis müavini Gündüz Tarverdiyev.
4. Dadaşov Mirzəbala Dostəli oğlu - Körpə nəvəsinə şəxsiyyət vəsiqəsi çıxarılmasına köməklik göstərməsi barədə müraciəti. Vətəndaşın müraciəti təmin olundu
5. Tahirov Həsənpaşa Sahibcan oğlu - Su nasoslarının qoyulması ilə bağlı köməklik göstərilməsi barədə müraciəti.
Tapşırıldı: Şirvan şəhər İcra Hakimiyyəti Başçısının I müavini Abıyev Samid
6. Quliyev Nəbi Şahalı oğlu - Su nasoslarının qoyulması ilə bağlı köməklik göstərilməsi barədə müraciəti.
Tapşırıldı: Şirvan şəhər İcra Hakimiyyəti Başçısının I müavini Abıyev Samid
7. Qədirov Elşən Fikrət oğlu – Fərdi evinin təmirinə köməklik etdiyi üçün İcra Hakimiyyətini Başçısına minnətdarlıq etdi.
Şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov qəsəbə sakinləri tərəfindən qaldırılan məsələlərin həllini öz nəzarəti altında saxladığını bildirərək Nümayəndəliyə ciddi tapşırıqlar verdi.
Səyyari qəbulda iştirak edən qəsəbə sakinləri qəsəbədə aparılan abadlıq-quruculuq işlərinə və müraciətlərinə diqqət və qayğı ilə yanaşdığına görə şəhər İcra Hakimiyyətinin Başçısına öz dərin təşəkkürlərini bildirdilər.