Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətininin Başçısı Mərdan Camalovun səyyari qəbulu keçirildi.

06 avqust 2019 | 16:00

Bayramlı qəsəbə Ərazi Vahidi üzrə Nümayəndəliyində Şirvan şəhər İcra Hakimiyyətininin Başçısı Mərdan Camalovun səyyari qəbulu keçirildi. Qəbulda Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, şura üzvləri, hüquq-mühafizə və xidmət təşkilatlarının rəhbərləri iştirak etdi.
Səyyari qəbulda qəsəbə sakinləri icra Hakimiyyəti Başçısına ayrı-ayrılıqda müraciət etdilər:
1. Dəmirova Məhbubə Məmmədağa qızı – M.Ə.Sabir küçəsində 2 saylı binanın kanalizasiya tullantılarının vaxtında daşınması barədə müraciəti
Tapşırıldı: Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini Abdıyev Azər, Bayramlı qəsəbə İnzibati Ərazi Vahidi üzrə nümayəndəsi Rəhimov Nizami.
2. Dəmirova Məhbubə Məmmədağa qızı – qəsəbə sakinləri üçün yeni telefon xəttinin çəkilməsi barədə müraciəti.
Tapşırıldı: Şirvan Telekkomunikasiya Qovşağının rəisi Əliyev Elxan.
  3. 6 saylı körpələr evi-uşaq bağçasının müdiri, Yusifova Vüsalə Ramiz qızı – bağçanın mətbəxinə qaz xəttinin çəkilməsi barədə müraciəti.
Tapşırıldı: Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini Məharət Mustafayev, Salyan Regional Qaz İstismar İdarəsinin Şirvan Xidməti Sahəsi üzrə rəis müavini Gündüz Tarverdiyev.
4. Almazova Rahilə Kəlbihüseyn qızı – ev heyvanlarına baytarlıq xidmətinin göstərilməsi barədə müraciəti.
Tapşırıldı:Bayramlı qəsəbə İnzibati Ərazi Vahidi üzrə nümayəndəsi Rəhimov Nizami, Baytarlıq idarəsinin rəisi Xəlilov Oxtay.
5. Nəsirova Xurmanaz Balaş qızı – bir evdə ikinci ailə təsərrüfatına qaz sayğacının quraşdırılması barədə müraciəti.
Tapşırıldı: Salyan Regional Qaz İstismar İdarəsinin Şirvan Xidməti Sahəsi üzrə rəis müavini Gündüz Tarverdiyev.
6. Cəbrayılova Nuranə İsbala qızı – yataqxanada yaşayış sahəsi ilə təmin olunması barədə müraciəti.
Tapşırıldı: Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini Abdıyev Azər.
7. Əsgərova Zəhra Ağamalı qızı – ona məxsus torpaq sahəsinin sənədləşdirilməsi barədə müraciəti.
Tapşırıldı: Şirvan Bələdiyyəsinin sədri Muradov Kürdoğlu.
8. Süleymanova Sonaxanım Ərəstun qızı – M.Ə.Sabir küçəsində 2 saylı binanın su anbarının təmizlənməsi barədə müraciəti.
Tapşırıldı: Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini Abdıyev Azər, Bayramlı qəsəbə İnzibati Ərazi Vahidi üzrə nümayəndəsi Rəhimov Nizami.
Şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov qəsəbə sakinləri tərəfindən qaldırılan məsələlərin həllini öz nəzarəti altında saxladığını bildirərək Nümayəndəliyə ciddi tapşırıqlar verdi.
Səyyari qəbulda iştirak edən qəsəbə sakinləri qəsəbədə aparılan abadlıq-quruculuq işlərinə və müraciətlərinə diqqət və qayğı ilə yanaşdığına görə şəhər İcra Hakimiyyətinin Başçısına öz dərin təşəkkürlərini bildirdilər.

Keçidlər