Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətininin Başçısı Mərdan Camalovun səyyari qəbulu keçirildi.

06 sentyabr 2019 | 16:00

Şirvan şəhər İcra Hakimiyyətininin Başçısı Mərdan Camalovun səyyari qəbulu keçirildi.

18 nömrəli tam orta məktəbdə Şirvan şəhər İcra Hakimiyyətininin Başçısı Mərdan Camalovun səyyari qəbulu keçirildi. Qəbulda şura üzvləri, hüquq-mühafizə orqanların və xidmət təşkilatların rəhbərləri iştirak etdi.
Səyyari qəbulda şəhər sakinləri icra Hakimiyyəti Başçısına ayrı-ayrılıqda müraciət etdilər:
1. Yusifova Bacıqız Əlihüseyn qızı – Küçədən keçən su xətdi dəfələrlə düzəldilməsinə baxmayaraq, ağır tonajlı maşınların keçməsi nəticəsində yenidən partlayır, düzəldilməsinə köməklik göstərilməsi və elektik enerjisi zəifdir köməklik göstərilməsi barədə müraciətləri.
Tapşırıldı: Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini - şəhər Təsərrüfat şöbəsinin müdiri Abdıyev Azər, Şirvan şəhər SuKanal İdarəsinin rəisi Hüseynov Fərhad, Şirvan Paylayıcı Şəbəkə sahəsinin baş mühəndisi Telman Cəfərov .
2. Cahangirov Akif Qubad oğlu – Küçədən keçən su xəttdi dəfələrlə düzəldilməsinə baxmayaraq, ağır tonajlı maşınların keçməsi nəticəsində yenidən partlayır, düzəldilməsinə köməklik göstərilməsi və elektik enerjisi zəifdir köməklik göstərilməsi barədə müraciətləri.
Tapşırıldı: Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini - şəhər Təsərrüfat şöbəsinin müdiri Abdıyev Azər, Şirvan şəhər SuKanal İdarəsinin rəisi Hüseynov Fərhad, Şirvan Paylayıcı Şəbəkə sahəsinin baş mühəndisi Telman Cəfərov .
  3. Əliyeva Xatirə Novruz qızı – Oğlanları işsiz, işlə təmin olunmasına köməklik göstərilməsi və Sukanal İdarəsindən şikayət, əlavə borc yazılıb, adından silinməsinə köməklik göstərilməsi barədə müraciətləri.
Tapşırıldı: Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini - Sosial İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayev, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini - şəhər Təsərrüfat şöbəsinin müdiri Abdıyev Azər, Məşğulluq Mərkəzinin direktoru Vasif Əliyev və Şirvan şəhər SuKanal İdarəsinin rəisi Hüseynov Fərhad.
4. Əliyeva Cəmilə Adil qızı – Ünvanlı dövlət sosial yardım almasına köməklik göstərilməsi və sürücülük məktəbinin yataqxanasında yaşayır,yaşayış sahəsinin daha geniş yaşayış sahəsi ilə dəyişdirilməsinə köməklik göstərilməsi barədə müraciətləri.
Tapşırıldı: Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini - Sosial İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayev, ƏƏSMN yanında DSMF – nin Şirvan şəhər şöbəsinin müdiri əvəzi Vidadi Nuralızadə.
5. Muradova Zümrüd Allahpayı qızı – Ünvanlı dövlət sosial yardım almasına köməklik göstərilməsi və içməli su gəlmir, su ilə təmin olunmasına köməklik göstərilməsi barədə müraciətləri.
Tapşırıldı: Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini - Sosial İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayev, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini - şəhər Təsərrüfat şöbəsinin müdiri Abdıyev Azər, ƏƏSMN yanında DSMF–nun Şirvan şəhər şöbəsinin müdiri əvəzi Vidadi Nuralızadə, Şirvan şəhər SuKanal İdarəsinin rəisi Hüseynov Fərhad.

Şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov şəhər sakinləri tərəfindən qaldırılan məsələlərin həllini öz nəzarəti altında saxladığını bildirərək aidiyyatı idarə rəhbərlərinə ciddi tapşırıqlar verdi.
Səyyari qəbulda iştirak edən şəhər sakinləri şəhərdə aparılan abadlıq-quruculuq işlərinə və müraciətlərinə diqqət və qayğı ilə yanaşdığına görə şəhər İcra Hakimiyyətinin Başçısına öz dərin təşəkkürlərini bildirdilər.

Keçidlər