Şriftin ölçüsü :

Saytın rəngi :

“İcbari tibbi sığortanın müasir vəziyyəti və prespektivləri” mövzusunda ictimai müzakirə keçirildi.

12 sentyabr 2019 | 16:00

12 sentyabr 2019- cu il saat 11:00-da Şirvan şəhər Mərkəzi Xəstəxanasının akt zalında “İcbari tibbi sığortanın müasir vəziyyəti və prespektivləri” mövzusunda fərdi sahibkarların, tibb və sosial işçilərin, yerli QHT-lərin və icmaların nümayəndələrinin iştirakı ilə ictimai müzakirə keçirildi.Tədbiri giriş sözü ilə “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai Birliyinin sədri Ülvi Əliyev açaraq layihə barəsində geniş məlumat verdi. Sonra layihənin hüquqşünası, professor Mayis Əliyevin “İcbari tibbi sığorta:mövcud vəziyyət və prespektivlər” mövzusunda məruzəsi dinlənildi. İctimai müzakirənin iştiakçılarına 2020-ci ilin 1 yanvarından sonra tətbiq ediləcək İTS-nın mahiyyəti, subyektləri, əhəmiyyəti, bu sistemin xarici  ölkələrdə formalaşmış olan təcrübəsi barəsində geniş məlumat verildi. İctimai müzakirədə çıxış edən sosial işcilər, tibb müəsissələrinin və  yerli icmaların nümayənələri, fərdi sahibkarlar İTS-nın əhalinin sağlamlığının qorunması və bu sahədə maliyyə risklərinin aradan qaldırması baxımından əhəmiyyətini vurguladılar və bunu Azərbaycan dövlətinin son dövrlərdə reallaşdırdığı sosial islahatların tərkib hissəsi kimi dəyərləndirdilər.  Sonra isə tədbir iştirakçıları tibbi yardım almaq hüquqların həyata keçirilməsi zamanı meydana çıxan problemlərin aradan qaldırılması və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi prespektivləri ilə bağlı məsələlər ətrafında çıxışlar edərək özlərinin tövsiyyələrini verdilər.

Keçidlər