Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər İcra Hakimiyyətininin Başçısı Mərdan Camalovun səyyari qəbulu keçirildi.

13 sentyabr 2019 | 16:00

9 nömrəli tam orta məktəbdə Şirvan şəhər İcra Hakimiyyətininin Başçısı Mərdan Camalovun səyyari qəbulu keçirildi. Qəbulda şura üzvləri, hüquq-mühafizə orqanların və xidmət təşkilatların rəhbərləri iştirak etdi.
Səyyari qəbulda şəhər sakinləri icra Hakimiyyəti Başçısına ayrı-ayrılıqda müraciət etdilər:
1. Ağayeva Fərqanə Aşur qızı – Qızı II qrup gözdən əlil, iki övladı var. Qızına ünvanlı dövlət sosial yardım düzəldilməsinə köməklik göstərilməsi və Qızının yataqxanada yaşayış yeri ilə təmin olunmasına köməklik göstərilməsi barədə müraciətləri.
Tapşırıldı: Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini - Sosial İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayev, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini - şəhər Təsərrüfat şöbəsinin müdiri Abdıyev Azər, Şirvan şəhər İcra Hakimiyyəti Başçısının köməkçisi Bəhruz Quliyev,  ƏƏSMN yanında DSMF – nin Şirvan filialının müdiri əvəzi Mahir Əliyev.
2. Məmmədova Nəhayət Qasım qızı – Qızı rəhmətə gedib, iki az yaşlı nəvəsi himayəsindədir. Ünvanlı dövlət sosial yardım əvəllər alıb, lakin kəsilib. Ünvanlı dövlət sosial yardımın yenidən təyin olunmasına köməklik göstərilməsi və Nəvələrinin Şirvan şəhər qeydiyatına düşməsinə köməklik göstərilməsi barədə müraciətləri.
Tapşırıldı: Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini - Sosial İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayev, ƏƏSMN yanında DSMF – nin Şirvan filialının müdiri əvəzi Mahir Əliyev, Şirvan şəhər Mənzil Təsərrüfatı İdarəsinin rəisi Eyyub Gülməmmədov.
  3. Zeynalova Günel Mehman qızı – Məktəbdə xadimə İşi ilə təmin olunmasına köməklik göstərilməsi barədə müraciəti.
Tapşırıldı: Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini - Sosial İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayev, Məşğulluq Mərkəzinin direktoru Vasif Əliyev və Şirvan şəhər Təhsil şöbəsinin müdiri Rövşən Allahverdiyev.
4. Bağırova Fərqanə Sayad qızı – 2011-ci ildən 2017-ci ilədək ünvanlı sosial yardım alıb, sonra kəsilib. Yenidən ünvanlı dövlət sosial yardım almasına köməklik göstərilməsi barədə müraciəti.
Vətəndaşın həyat yoldaşının adına torpaq sahəsi olduğuna görə yenidən ünvanlı dövlət sosial yardım təyin olunması mümkünsüzdür.
Şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov şəhər sakinləri tərəfindən qaldırılan məsələlərin həllini öz nəzarəti altında saxladığını bildirərək aidiyyatı idarə rəhbərlərinə ciddi tapşırıqlar verdi.
Səyyari qəbulda iştirak edən şəhər sakinləri şəhərdə aparılan abadlıq-quruculuq işlərinə və müraciətlərinə diqqət və qayğı ilə yanaşdığına görə şəhər İcra Hakimiyyətinin Başçısına öz dərin təşəkkürlərini bildirdilər.

Keçidlər