Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar günü Şirvan şəhərində qeyd edildi.

07 mart 2014 | 16:00

06.03.2014-cü il tarixdə saat 16.00-da “Yeganə” şadlıq sarayında Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə ümumşəhər tədbiri keçirildi. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, hüquq mühafizə orqanlarının rəhbərləri, şura üzvləri və digər təşkilat rəhbərləri iştirak etdilər. İl ərzində şəhərin ictimai-siyasi həyatında fərqlənən qadınlara Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən qiymətli hədiyyələr verildi. Tədbirdə Respublikanın tanınmış incəsənət ustaları Yusif Mustafayev, parodiyaçı İlham Əziz və 450 nəfər iştirak etdi.

Keçidlər