Şirvan şəhər İcra Hakimiyyətininin Başçısı Mərdan Camalovun səyyari qəbulu keçirildi.
20.09.2019-cu il tarixdə Şirvan şəhər İcra Hakimiyyətininin Başçısı Mərdan Camalovun səyyari qəbulu keçirildi. Qəbulda Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, şura üzvləri, hüquq-mühafizə orqanların və xidmət təşkilatların rəhbərləri iştirak etdi.
Səyyari qəbulda şəhər sakinləri icra Hakimiyyəti Başçısına ayrı-ayrılıqda müraciət etdilər:
1.Əliyeva Bahar Məmməd qızı – Torpaq sahəsinin təyinatının dəyişdirilməsinə köməklik göstərilməsi barədə müraciəti.
Vətəndaşa müraciəti ilə əlaqədar qanunamüvafiq izahat verildi.
2. Həsənov Yaşar Aqil oğlu – Oğluna məxsus torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı köməklik göstərilməsi barədə müraciəti.
Vətəndaşa müraciəti ilə əlaqədar qanunamüvafiq izahat verildi.
3. Bağırova Dürrə Salman qızı – I qrup əlil qız övladı mənzil növbəsindədir, növbədən kənar mənzillə təmin olunmasına köməklik göstərilməsi barədə müraciəti.
Vətəndaşa müraciəti ilə əlaqədar qanunamüvafiq izahat verildi.
4. Qanbayzadə Gülay Fazil qızı – Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu imtahanını verərək 71 bal toplamış, 5 illik sertifikat almışdır. Lakin müsahibədən keçə bilmir, işlə təmin olunmasına köməklik göstərilməsi barədə müraciəti.
Tapşırıldı: Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini, İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Elmira Ağayeva, Məşğulluq Mərkəzinin direktoru Vasif Əliyev.
Şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov şəhər sakinləri tərəfindən qaldırılan məsələlərin həllini öz nəzarəti altında saxladığını bildirərək aidiyyatı idarə rəhbərlərinə ciddi tapşırıqlar verdi.
Səyyari qəbulda iştirak edən şəhər sakinləri şəhərdə aparılan abadlıq-quruculuq işlərinə və müraciətlərinə diqqət və qayğı ilə yanaşdığına görə şəhər İcra Hakimiyyətinin Başçısına öz dərin təşəkkürlərini bildirdilər.