Şirvan şəhərində “Elektron hökumət şəffaflığın əsasıdır” mövzusunda seminar-treninq keçirildi.
19 mart 2014 | 16:00
18.03.2014-cü il tarixdə saat 11.00-da Şirvan şəhər Mədəniyyət evində “Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planın” icrası ilə əlaqədar “Elektron hökumət şəffaflığın əsasıdır” mövzusunda Şirvan şəhəri, Hacıqabul, Salyan, Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Neftçala, Cəbrayıl, Beyləqan, Xocavənd və Fizuli rayonlarının iştirakı ilə Azərbaycan Respublikası Dövlət Müdafiə Fondunun 2014-cü il üçün qarşıda duran vəzifələri barədə seminar-treninq keçirildi.