Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam məktəbli” layihəsi çərçivəsində tədbir keçirilmişdir.

26 oktyabr 2019 | 16:00

25.10.2019-cu il tarixdə şəhər 18 nömrəli təbiət, humanitar təmayüllü məktəb-leseydə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Salyan Regional Bölməsi tərəfindən məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədi ilə “Sağlam məktəbli” layihəsi çərçivəsində tədbir keçirilmişdir.
Tədbirdə AQTA tərəfindən həyata keçirilən “Təhlükəsiz qida uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi haqqında ətraflı məlumat verilmiş və məktəblilərin müsabiqəyə qatılmaları tövsiyə olunmuşdur.

Keçidlər