31 mart – Azərbaycanlıların soyqırımı günü Şirvan şəhərində qeyd edildi.
01 aprel 2014 | 15:00
31.03.2014-cü il tarixdə saat 11.00-da Şirvan şəhər Mədəniyyət evində Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 mart – Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş ümumşəhər tədbiri keçirildi. Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, hüquq mühafizə orqanlarının rəhbərləri, şura üzvləri və digər təşkilat rəhbərləri iştirak etdilər.