Şriftin ölçüsü :

Saytın rəngi :

“İradənlə qalib gəl” devizi altında “Açıq qapı” günü keçirilmişdir.

03 noyabr 2019 | 16:00

Şirvan Olimpiya İdman Kompleksində şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı əsasında 9 noyabr ”Dövlət bayrağı Günü” münasibəti ilə “Açıq qapı” günü keçirilmişdir.
“İradənlə qalib gəl” devizi altında təşkil olunmuş kütləvi idman tədbirlərində futbol, güləş, cüdo, boks, stolustu tennis, atletika, şahmat və karate idman növləri üzrə yarışlar və ustad dərsləri keçirilmişdir. Yarışlar kompleksdə çalışan məşqçilər tərəfindən idarə olunmuşdur. Eyni zamanda, müxtəlif idman növləri üzrə bir sıra yarışların mükafatçıları, beynəlxalq dərəcəli hakim və idmançıların iştirakı ilə ustad dərsləri, nümunəvi çıxışlar, yarışlar keçirilmişdir.
        “Açıq qapı” gününün keçirilməkdə məqsədi sağlam həyat tərzinin gənclər arasında təbliğ olunması, Olimpiya İdman Kompleksinin imkanlarının hər kəs üçün əlçatan olması, idman meydançaları və idman avadanlıqlarından gənclərin geniş yararlanmasını təmin etməkdir.

Keçidlər